AZ

Kişi xəyanət etdi, döydü, boğdu, qadın isə bağışladı Təfərrüat

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Abşeron rayonunda ər arvadını döyüb.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 28-də rayonun Aşağı Güzdək qəsəbəsində baş verib. Gədəbəy rayon sakini, 1985-ci il təvəllüdlü Asim həmin gün saat 22 radələrində yaşadığı fərdi yaşayış evinə gəlib və arvadı Elmira (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisəyə səbəb isə son zamanlar Asimin arvadına qayğı və diqqət göstərməməsi, həmçinin başqa qadınlarla münasibət qurması olub. Bununla bağlı Elmira ərinə irad bildirib və onu bu səbəbdən günahlandırıb, ayrılmaq istədiyini söyləyib. Qısqanclıq və şəxsi münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verən zaman Asim Elmiranın üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri onun sifət, boğaz, baş və bədəninin müxtəlif nahiyələrinə vurub. Daha sonra Asim hər iki əli ilə arvadının boğaz nahiyyəsindən yapışaraq sıxıb və onu boğmağa cəhd göstərib. Asimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkənə qarşı dəymiş ziyanı tamamilə ödəyib, zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr