AZ

Kirill Budanov: Kiyevlə Moskva arasında danışıqlar başa çatmaq üzrədir

Ukrayna ilə Rusiya arasında sülh danışıqları müəyyən irəliləyiş nümayiş etdirir və yaxın vaxtlarda sazişin bağlanması ilə nəticələnə bilər.

"Far.Az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Bloomberg"ə müsahibəsində bildirib.

"Onların hamısı başa düşür ki, müharibə bitməlidir. Buna görə də danışıqlar aparırlar. Bunun çox vaxt aparacağını düşünmürəm", - o qeyd edib.

Prezident Ofisinin rəhbəri etiraf edib ki, əvvəllər hər iki tərəf ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda "maksimalist mövqe" tuturdu, indi isə tədricən kompromisə yaxınlaşır.

Budanovun sözlərinə görə, müharibə səbəbindən Rusiyanın maliyyə xərcləri yüksəkdir.

"Bizdən fərqli olaraq, onlar öz vəsaitlərini xərcləyirlər. Bunlar artıq trilyonlarla ölçülən nəhəng məbləğlərdir", - Budanov bildirib.

Eyni zamanda o, danışıqlarda ən çətin məsələ olan ərazi məsələsi üzrə mümkün kompromisin nədən ibarət ola biləcəyini açıqlamaqdan imtina edib.

"Bloomberg" isə Kremldəki mənbələrə istinadən xəbər verir ki, danışıqlar faktiki olaraq dalana dirənib.

Seçilən
6
far.az

1Mənbələr