AZ

Muromda norovirusa yoluxma hallarının sayı artır

Moskva, 10 aprel, AZƏRTAC

Rusiyanın Vladimir vilayətinin Murom şəhərində kəskin bağırsaq infeksiyası hallarının sayı artmaqda davam edir, kran suyunun çirklənməsi infeksiyanın yayılmasının əsas səbəbi olaraq qalır.

AZƏRTAC xəbər verir ki, kran suyu nümunələrində və yoluxmuş şəxslərdə 2-ci tip norovirus aşkar edilib. Rusiya İstintaq Komitəsinin bölgə üzrə məlumatına görə, kütləvi zəhərlənməyə bu virus səbəb ola bilər.

Vladimir vilayəti hakimiyyətinin məlumatına görə, 188 uşaq da daxil olmaqla 385 nəfərdə yoluxma halı qeydə alınıb.

Hakimiyyət orqanları əhalinin bir hissəsini hepatit A-ya qarşı peyvənd etməyi planlaşdırır.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
19
1
azertag.az

2Mənbələr