Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Nigeriyanın şimal-şərqində yerləşən Borno əyaləti ərazisində Boko Haram terror qruplaşmasının həyata keçirdiyi hücum nəticəsində ölən əsgərlərin sayı 18-ə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Nigeriya prezidenti Bola Əhməd Tinubu hücumu pisləyib və hökumətin ölkədə terrorla mübarizədə qərarlı olduğunu bildirib.
Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriya ərazisində fəaliyyət göstərən “Boko Haram” qruplaşması 2009-cu ildən bu yana törətdiyi terror aktları nəticəsində on minlərlə insanın ölümünə səbəb olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.