"İran nüvə silahı əldə edə bilməyəcək".
"Unikal" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolin Levitt verdiyi açıqlamada bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, İranın qəddar və şər planları sözün əsl mənasında partladılıb: "Prezident Trampın maksimum təzyiqi İranı atəşkəs tələb etməyə vadar edib.
İranlılar ciddi olmayan 10 maddəlik bir plan təklif etdilər, bu plan Prezident Tramp tərəfindən rədd edildi. Hərbi nailiyyətlərdən sonra İran Tramp komandasına daha yaxşı bir təklif təqdim etdi. İranla bağlı uranın zənginləşdirilməsini də əhatə edən qırmızı xətlərimiz dəyişməyib. İran yüksək dərəcədə zənginləşdirilmiş uranı təhvil verməyə hazır olduğuna dair mesaj təqdim edib".
Levitt vitse-prezident Vens kimi Livanın atəşkəs sazişinin bir hissəsi olmadığını açıqlayıb.
Ağarza Elçinoğlu