AZ

Klubun pulunu verməyən sponsor “Sportinfo“nun suallarından yayındı

II Liqada çıxış edən “Şəki Siti” sponsoru “Flyblast”ı məhkəməyə verib.
Buna səbəb sponsorun maliyyə öhdəliklərini yerinə yetirməməsi olub.
Artıq ilk proses arxada qalıb. «Fyrbest» şirkətinin başçısı Rövşən Abdullayev məhkəməyə gəlməyib. Əyalət təmsilçisi qarşı tərəfdən 6 aylıq müqavilə öhdəliklərinin yerinə yetirilməsini istəyir. İddiaya görə, şirkət hər ay klubun hesabına 40 min manat köçürülməli idi. Amma hesaba bir qəpik də daxil olmayıb. Hazırda 240 min manatlıq borcun ödənilməsini tələb edirlər.
Rövşən Abdullayevdən son hadisələrlə bağlı fikir öyrənmək yaxşı olardı. Təəssüf ki, o, susur, telefonun dəstəyini çox vaxt qaldırmır. Halbuki bir müddət əvvəl saytımızın əməkdaşına onunla əlaqə saxlayacağına söz versə də, vədini tutmayıb. Görünür, onun üçün «Şəki»dən daha vacib işlər var. Nə deyək, danışmır, heç danışmasın.
SPORTİNFO.AZ

Seçilən
30
sportinfo.az

1Mənbələr