AZ

“Yapı Kredi Bank” müştərilərinin depozitini - İTİRİB

Ötən ilin sonu ilə müqayisədə “Yapı Kredi Bank”ın (Azərbaycan) depozit portfeli 24 milyon 518 min manat və ya 4.64 faiz azalaraq 503 milyon 225 min manata düşüb.

Kommersant.az xəbər verir ki, bu azalmada əsas pay hüquqi şəxslərin depozitlərində olub. Belə ki, biznesmenlərin əmanətləri 3 ay ərzində 22 milyon 538 min manat və ya 5.22 faiz azalaraq 408 milyon 795 min manata düşüb. Fiziki şəxslərin də əmanətləri 1 milyon 984 min manat azalaraq 94 milyon 426 min manata enib.

“Yapı Kredi Bank”ın öhdəliklər cəmi 5 milyon 955 min manat azalaraq 663 milyon 199 min manata bərabər olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (qısaca - AMB) tərəfindən hesabatlılıq forması üzrə yol verilmiş pozuntulara görə sözügedən bankın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

.news-tags {

padding-top: 10px;

}

.news-tags span {

display: inline-block;

border: 1px #999 solid;

border-radius: 3px;

padding: 0 10px;

cursor: pointer;

}

.news-tags span:hover {

background-color: #999;

color: #fff;

}

.news-tags span:hover a {

color: #fff;

}

yapı kredi azərbaycan

Bank

cəmi öhdəliklər

Seçilən
29
kommersant.az

1Mənbələr