AZ

“Mən belə şeyləri unutmuram” – Səfurə Aygün Kazımovadan yazdı

Azərbaycanı 2010-cu ildə “Avroviziya” mahnı müsabiqəsində təmsil edən müğənni Səfurə Əlizadə Xalq artisti Aygün Kazımovanın repertuarından mahnı oxuyub.

Musavat.com xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib:

“Onu demək istəyirəm ki, mənim üçün çox sevindirici bir hissdir ki, Aygün Kazımova xanımın repertuarından mahnı ifa etməyə dəvət edildim.

Sirr deyil ki, Aygün xanım mənə həmişə dəstək olub. “Yeni Ulduz” vaxtından mənim yanımda olub. Həmişə deyərdi ki, Səfurə mənim davamçımdır. Bu isə mənim üçün çox dəyərli idi.

Mənim qələbəmdə çox böyük dəstəyi var idi və mən belə şeyləri unutmuram. Aygün xanımı həmişə çox sevmişəm və onun mənim ürəyimdə başqa bir yeri var. Bu sevgi mahnısı da bu gün mənim ifamda səslənəcək. Sevgilər”.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr