Bakı, 10 aprel, AZƏRTAC
İtaliyanın “Yuventus” klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Təcrübəli çalışdırıcının hazırkı sözləşməsi mövsümün sonunda başa çatacaqdı.
Qeyd edək ki, “Yuventus” İtaliya A Seriyasında 31 turdan sonra 57 xalla beşinci pillədə qərarlaşıb.