Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində Norveçdə yaşayan soydaşımız, NorveçAzərbaycanlıları Təşkilatının üzvü, Osloda fəaliyyət göstərənNizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin rəhbəri,bəstəkar və musiqiçi Arzu Rzayevanın “Arzuların melodiyası” adlıkonserti keçirilib.
Trend xəbərverir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan DiasporunaDəstək Fondunun və Oslo Azərbaycan Evinin dəstəyi ilə baştutub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini VaqifSeyidbəyov milli-mədəni dəyərlərimizin və musiqimizin beynəlxalqsəviyyədə tanıdılmasında Arzu Rzayeva kimi yaradıcı şəxslərinfəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Millimusiqimizin, dilimizin və mədəni irsimizin qorunmasında diaspornümayəndələrinin rolunu yüksək qiymətləndirib.
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu belə layihələrinAzərbaycan mədəniyyətinin təbliğində, gələcək nəsillərəötürülməsində əvəzsiz olduğunu diqqətə çatdırıb.
Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkilolunduğunu qeyd edərək, soydaşımıza gələcək fəaliyyətində uğurlararzulayıb.
Məşhur dirijor, Xalq artisti Ağaverdi Paşayev tələbəsi ArzuRzayevanın uğuruna çox sevindiyini bildirib, bu cür konsertlərindavamlı təşkilinin vacibliyini söyləyib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən, Əməkdar artistSahib Paşazadə konsertin milli-mənəvi dəyərlərimizin qorunmasınaböyük töhfə verdiyini dilə gətirib.
Konsertin aparıcısı, Əməkdar artist Dilarə Əliyeva isə ArzuRzayevanın bəstələrində vətənə və torpağa sevginin xüsusi yertutduğunu bildirib.
Bəstəkar Arzu Rzayeva konsertin ərsəyə gəlməsinə göstəriləndəyərli dəstəyə görə minnətdarlığını ifadə edib.
Konsertdə Azərbaycan musiqi ənənələrinə əsaslanan bəstələr böyükmaraqla dinlənilib və gur alqışlarla qarşılanıb.