AZ

İran Bab-əl-Məndəb boğazının bağlanması üçün danışıqlar aparıb

Bakı. Trend:

ABŞ və İsraillə müvəqqəti atəşkəsdən əvvəl Tehran Yəmənin“Ənsərullah” hərəkatı ilə Bab-əl-Məndəb boğazının bağlanmasıimkanını müzakirə edib.

Trend xəbər verirki, bunu Tehranda cümə xütbəsi zamanı şəhərin müvəqqəti imamcüməsiHöccətülislam Məhəmməd Cavad Hac Əli Əkbəri danışıb.

Din xadimi qeyd edib ki, düşmənlər müharibəni İranın sərhədləridaxilində məhdudlaşdırmağa çalışdığı halda, İran müharibəni regionayayaraq onu regional qarşıdurmaya çevirdi.

Hac Əli Əkbəri bildirib ki, düşmənlər İranla Hörmüz boğazınınyenidən açılması üzrə danışıqlar apardığı bir vaxtda, İran Yəmənin“Ənsarullah” hərəkatı ilə əməkdaşlıq çərçivəsində Bab əl-Məndəbboğazının bağlanması planlarını hazırlayırdı.

O eyni zamanda, İsrailin Livana hərbi hücumlarını pisləyib vəxəbərdar edib ki düşmən hücumlarını davam etdirərsə, İran SilahlıQüvvələrinin güclü zərbələri ilə qarşılaşacaq.

Bab əl-Məndəb boğazı Qırmızı dənizi Hind okeanına (Ədən körfəzivasitəsilə) birləşdirən strateji dəniz keçididir və Afrika iləƏrəbistan yarımadası arasında yerləşir. Boğaz dünya dəniz ticarətiüçün kritik əhəmiyyət daşıyır, çünki Süveyş kanalı ilə birlikdəAvropa–Asiya marşrutu üzrə gəmiçiliyin əsas tranzit nöqtələrindənbiridir. Buradan neft və digər yüklərin böyük hissəsi keçdiyi üçünistənilən məhdudiyyət və ya bağlanma qlobal enerji təchizatı vəlogistika zəncirlərinə birbaşa təsir göstərə bilər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Seçilən
24
1
az.trend.az

2Mənbələr