AZ

KİV: İsrail Livana hücumları bərpa etsə, İran Pakistanda ABŞ la danışıqları dayandıracaq

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran İsraili Livanda hərbi əməliyyatları dayandırmağa məcbur edib.

Bu barədə anonim mənbə “Press TV”-yə bildirib.

Mənbənin sözlərinə görə, İran Livana hücumların dayandırılmasını danışıqların keçirilməsinə tələb kimi irəli sürüb.

Mənbə deyib ki, İran nümayəndə heyətinin İslamabada səfəri İsrailin Livana hücumlarına görə bir neçə dəfə təxirə salınıb.

Vurğulanıb ki, danışıqların davam etdirilməsi İsrailin Livana hücumlardan çəkinməsinə bağlıdır.

Mənbə İsrailin Livana hücumlarını bərpa edəcəyi təqdirdə, Pakistanda ABŞ-la danışıqların dərhal dayandırılacağını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
6
apa.az

7Mənbələr