AZ

“İşıq İnşaat”ın səhlənkarlığı: sakinlər işıqsız, susuz qaldı – VİDEO

Tbilisi prospekti, 1058 ünvanında yerləşən çoxmərtəbəli kompleksin sakinləri “İşıq İnşaat” MTK-nın borcları səbəbindən ciddi çətinliklərlə üzləşiblər.

NOCOMMENT.az xəbər verir ki, sakinlər MTK-nın ödənişləri vaxtında etməməsi və borcların yığılması nəticəsində qaz, su, istilik və işıq təchizatında problem yaşadıqlarını bildiriblər.

“Ödənişlərimizi vaxtlı-vaxtında etməyimizə baxmayaraq, MTK tərəfindən borclar vaxtında ödənilməyib. Hazırda binada nə qaz, nə su, nə də işıq var. MTK ilə bu kimi problemləri dəfələrlə yaşamışıq”, – deyə sakinlərdən biri vəziyyəti izah edib./Baku TV/

 

Seçilən
14
nocomment.az

1Mənbələr