BAKI, 10 aprel. TELEQRAF
"İsrail Müdafiə Qüvvələrinin əsgərlərini, dünyanın ən yüksək əxlaqi standartlarına malik bir ordunun əsgərlərini böhtanİspaniyanın dəfələrlə İsrailə qarşı çıxıb. Buna görə də İspaniya nümayəndələrinin Kiryat Qatdakı koordinasiya mərkəzindən çıxarılmasını əmr etmişəm".
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
"Terrorçu rejimlər əvəzinə İsrailə hücum edən hər kəs bölgənin gələcəyində tərəfdaşımız olmayacaq. Mən bu ikiüzlülüyə və düşmənçiliyə dözməyə hazır deyiləm. Heç bir ölkənin bizə qarşı bədəl ödəmədən siyasi müharibə aparmasına icazə verməyəcəyəm" deyə Netanyahu qeyd edib.