AZ

Borussiya Almaniya millisinin üzvü ilə müqavilə imzaladı

ain.az bildirir, Sportal.az portalına istinadən.

"Borussiya"da yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi Niko Şlotterbekin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya millisinin üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, "Borussiya" Niko Şlotterbeki 2022-ci ilin yayında "Frayburq"dan 20 milyon avroya transfer edib. 26 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
sportal.az

3Mənbələr