Bakı. Trend:
"HD Hyundai Heavy Industries" şirkəti dəniz daşımalarınındekarbonizasiyası istiqamətində mühüm addım ataraq, dünyada ilkdəfə ammonyak yanacağı ilə işləyən gəmini təqdim edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Gəminin tikintisinin başa çatması və ona ad verilməsi mərasimi 9aprel 2026-cı il tarixində keçirilib. Gəmi tam şəkildə ammonyaklaişləyir və neft mənşəli yanacaqdan istifadə etmir. Bu isə onakarbon qazı emissiyaları olmadan fəaliyyət göstərməyə imkan verirki, bu da qlobal dənizçilik sənayesində ekoloji tələblərinsərtləşdiyi bir dövrdə əsas şərtlərdən biridir.
Yeni gəmi əməliyyat səmərəliliyini azaltmadan daha sərt ekolojistandartlara uyğunlaşmağa kömək edə biləcək növbəti nəsil həll kimitəqdim olunur. Gəmi iki yanacaqlı sistem üzrə layihələndirilib ki,bu da zərurət yarandıqda ammonyakla ənənəvi yanacaq arasında keçidetməyə imkan verir.