AZ

İsrail “Hizbullah”a qarşı əməliyyatları genişləndirir

İsrail Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah”ın infrastrukturunu məhv etmək məqsədilə eyni vaxtda beş döyüş diviziyasını cəlb edərək “Şirin nəriltisi” adlı genişmiqyaslı quru əməliyyatını genişləndirməyə davam edir.

KONKRET.az xəbər verir ki, ÇAXAL-ın rəsmi nümayəndəsinin bildirdiyinə görə, manevrlərin aktiv fazası başlayandan bəri İsrail qüvvələri qruplaşmanın hərbi potensialına sarsıdıcı zərbə vurub.

Hazırkı vaxtadək 1400-dən çox “Hizbullah” döyüşçüsünün zərərsizləşdirildiyi və terror infrastrukturuna aid təxminən 4300 obyektin məhv edildiyi təsdiqlənib. Bütün döyüş zonası boyu İsrail hərbçiləri yaşayış binalarında və yeraltı bunkerlərdə gizlədilmiş yüzlərlə silah-sursat aşkar ediblər.

Natiq Səlim,
KONKRET.az

Seçilən
58
3
konkret.az

4Mənbələr