ain.az, Olke.az portalına istinadən məlumat yayır.
İsrail Xarici İşlər Nazirliyi İspaniyanın Kiryat-Qatda yerləşən və Qəzza zolağında atəşkəs rejiminə nəzarət edən Hərbi-Mülki Koordinasiya Mərkəzinin (CMCC) tərkibindən çıxarılması barədə qərar qəbul edib.
Ölkə.Az Ynet-ə istinadən xəbər verir ki, nazirliyin rəhbəri Gideon Saar bu addımı Baş nazir Pedro Sançes başda olmaqla, İspaniya hökumətinin "İsrail əleyhinə aludəçiliyi" ilə əsaslandırıb. Saar qeyd edib ki, İspaniyanın mövqeyi İsrail və ABŞ-ın maraqlarına, xüsusən də İrana qarşı müharibə dövründə ciddi zərər vurur.
Məlumata görə, müvafiq bəyanat artıq İspaniya tərəfinə göndərilib, ABŞ isə bu qərar barədə öncədən məlumatlandırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.