Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Güclü yağışlar zamanı yollarda yaranan gölməçələr sürücülər üçün ciddi sınağa çevrilir. Avtomobilin suyun içindən hansı həddə qədər keçə bilməsi isə həm texniki təhlükəsizlik, həm də maddi ziyanın qarşısını almaq baxımından böyük önəm kəsb edir.Məsələ ilə bağlı Demokrat.az saytına danışan avtomobil eksperti Elşad Mirzəyev maraqlı məqamlara toxunub. O qeyd edib ki, nəqliyyat vasitəsinin suyun içində hərəkət etməsi üçün müəyyən edilmiş təhlükəsiz limit mövcuddur. Bu hədd adətən təkərlərin disk hissəsinə qədər olan səviyyə kimi qəbul edilir."Yəni su səviyyəsi təkərin rezin hissəsini keçib diskə çatırsa, artıq həmin suda avtomobillə hərəkət etmək təhlükəli sayılır. Bu vəziyyət markasından asılı olmayaraq istər Çin, istər Yapon, istər Alman avtomobili olsun, bütün avtomobillərə ziyan vura bilər. Əgər su təkərin rezin hissəsini keçib diskə qədər çatırsa, bu artıq avtomobil üçün riskli vəziyyətdir və ciddi zədələnmələrə səbəb ola bilər".Ekspert bildirib ki, praktikada bu cür hallara daha çox Çin istehsalı avtomobillərdə rast gəlinir. "Bunun səbəbi onların daha çox taksi kimi istifadə olunması və məcburi şəkildə belə şəraitlərdə hərəkət etməsidir. Şəxsi avtomobillərdə isə sürücülər adətən bu cür hava şəraitində maşından istifadə etməməyə üstünlük verirlər və su basmış ərazilərə daxil olmurlar. Avtomobil suyun içində qaldıqda zərər görə biləcək əsas hissələrinə mühərrik, sürət qutusu, elektrikli avtomobillərdə batareya sistemi, hibrid avtomobillərdə batareya sistemi, həmçinin elektrik mühərriki (hibrid və elektrik avtomobillərdə) aiddir".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.