AZ

"Dünyada güclü yenilənmə baş verir"

ABŞ Prezidenti Donald Tramp dünyada münasibətlərin ən güclü yenilənmələrindən birinin baş verdiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında yazıb.

Ağ Ev rəhbəri bu açıqlamanı ABŞ və İran nümayəndə heyətlərinin Pakistanda keçirilməsi gözlənilən danışıqları ərəfəsində edib.

Vaşinqton və Tehran arasında İslamabadda danışıqların aprelin 11-də baş tutacağı ehtimal olunur. Lakin mənbənin bildirdiyinə görə, görüş yalnız ABŞ-nin Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı vədlərini yerinə yetirəcəyi halda keçiriləcək.

Seçilən
45
redaktor.az

1Mənbələr