AZ

Ən uzun ömürlü qadınlar bu ölkədə yaşayır

Dünyada qadınlar kişilərdən daha uzun ömür sürür. Statistik göstəricilərə görə, qadınların ən uzun ömür sürdüyü yer isə Çinin cənubunda yerləşən xüsusi statuslu Honkonq bölgəsidir.Metbuat.az xəbər verir ki, bu ölkədə qadınlar orta hesabla 87 il yaşayır. Yaponiya və San Marino isə qadınların orta ömrü baxımından 86 il ilə ikinci sıradadır. Fransa, İtaliya, İspaniya və İsveçdə qadınların orta ömrü 85 ildir. Bir qədər geridə qalan ölkələr – Avstraliya, Avstriya, İslandiya, İsrail, Cənubi Koreya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sinqapur və İsveçdə orta ömür 84 il, Belçika, Kanada, Almaniya, Yunanıstan, İrlandiya, Hollandiya, Yeni Zelandiya və Sloveniyada isə qadınlar 83 il yaşayır.

Maraqlıdır ki, insanların uzun ömür sürməsi yalnız genetik faktorlardan asılı deyil. Tədqiqatlar göstərir ki, həyat tərzi, qidalanma vərdişləri, sosial mühit və tibbi xidmətlərin keyfiyyəti də bu göstəricilərə böyük təsir göstərir. Məsələn, Yaponiya və Honqkonqda qadınlar və kişilər dəniz məhsulları və tərəvəzlə zəngin qidalanır, aktiv həyat tərzi keçirir, bu da onların uzunömürlülüyünü təmin edən əsas səbəblərdən biridir.

Seçilən
26
4
metbuat.az

10Mənbələr