AZ

Rumıniyalı hakim ağır cəzadan qaça bilmədi

İştvan Kovaç gözlənilən aqibətlə üzləşib.

"Football-plus.az" xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “Atletiko” (0:2) oyununun hakimini cəzalandırıb. “Barselona” rəhbərliyi hakimliklə bağlı UEFA-ya şikayət etmişdi. Xüsusilə, İspaniya klubu 54-cü dəqiqədə rəqib oyunçunun cərimə meydançasında topa əl ilə toxunması, lakin penalti təyin edilməməsi ilə bağlı epizodu xüsusi vurğulamışdı.

UEFA referinin cari mövsümün sonuna qədər təyinat almayacağını açıqlayıb. Buna səbəb kimi rumıniyalı hakimin oyunda bir neçə səhvə yol verdiyi qeyd edlib.

Yeri gəlmişkən, Kovaç DÇ-2026-da hakimlik edəcək. Onun adı FİFA-nın siyahısına salınıb.

Seçilən
30
1
football-plus.az

2Mənbələr