AZ

ABŞ-dən etiraf: Hörmüz artıq SEPAH-ın nəzarətində

ABŞ-nin Fox News telekanalı Hörmüz boğazının faktiki olaraq İranın SEPAH qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.

Musavat.com xəbər verir ki, məlumata görə, bu strateji su yolundan hansı gəmilərin keçəcəyinə məhz SEPAH qərar verir.

Telekanal qeyd edir ki, boğaz üzərində nəzarət yalnız təhlükəsizliklə məhdudlaşmır, həm də beynəlxalq dəniz ticarətinə birbaşa təsir göstərir. Hörmüzdən keçən enerji daşıyıcılarının həcmi nəzərə alındıqda, burada tətbiq olunan hər hansı məhdudiyyət qlobal bazarlarda ciddi dəyişikliklər yarada bilər.

Bildirilir ki, dünya neft tədarükünün mühüm hissəsi məhz bu marşrutdan keçir. Bu səbəbdən boğaz üzərində nəzarətin sərtləşməsi enerji qiymətlərinə və beynəlxalq logistika zəncirinə birbaşa təsir göstərə bilər.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr