AZ

​Sevməyən insanın 5 gizli davranışı

Sevgi təkcə sözlərlə ölçülmür. Bəzən insanlar münasibətdə qalır, amma hisslər artıq əvvəlki kimi olmur. Ən çətini isə budur ki, bu dəyişiklik hər zaman açıq şəkildə nəzərə çarpmır. Səni sevməyən insan bunu gizlətməyə çalışsa da, davranışları həqiqəti üzə çıxarır.Bu siqnalları vaxtında anlamaq səni daha böyük xəyal qırıqlığından qoruya bilər. Çünki sevgi varsa, hiss olunur - yoxdursa, o da hiss olunur. Metbuat.az sevməyən insana xas olan 5 gizli davranışı təqdim edir: 1.⁠ ⁠Səninlə ünsiyyətdən qaçırƏvvəllər saatlarla danışan insan indi qısa və soyuq cavablar verir. Söhbət etmək istəmir, maraq göstərmir. Sən danışdıqca sanki o uzaqlaşır. Və sən bunu açıq-aşkar hiss edirsən. Bu, hisslərin zəiflədiyinin ilk əlamətlərindəndir. 2.⁠ ⁠Sən onun üçün əsas deyilsən Səni sevən insan səni həyatında önə qoymalıdır. Amma artıq sən onun planlarında yoxsan. Vaxt tapmaq çətinləşir, bəhanələr artır. Bəzən günlərlə, hətta həftələrlə canlı ünsiyyətdən yayınır. Bu, münasibətdə marağın azaldığını göstərir. 3.⁠ ⁠Hisslərinə qarşı laqeyddirSənin nə hiss etdiyin onu çox da maraqlandırmır. Üzülməyin, sevinməyin onun davranışına təsir etmir. Bu laqeydlik zamanla daha açıq hiss olunur. Artıq onun dünyasında sən yoxsan. Həqiqi sevgi isə heç vaxt belə olmur. 4.⁠ ⁠Səni dəyişdirməyə çalışır Səni olduğun kimi qəbul etmək əvəzinə, daim tənqid edir. Sənin xüsusiyyətlərini problem kimi görür. Bu isə sevginin yox, narazılığın göstəricisidir. Sevən insan dəyişdirməyə yox, anlamağa çalışar. Sevmədiyi üçün anlamaq istəməir. Sən artıq bununla barışmalısan. Necə deyərlər, zorla gözəllik olmaz. 5.⁠ ⁠Gələcəkdən danışmır

Səninlə bağlı planlar artıq mövcud deyil. Gələcək mövzusu ya dəyişdirilir, ya da ümumiyyətlə açılmır. Bu, münasibətin uzunömürlü olmadığını göstərən ən ciddi siqnallardan biridir. Geriyə bir yol qalır: öz planlarını tək qur. Çünki sən artıq təksən…

Seçilən
23
metbuat.az

1Mənbələr