AZ

Xərçəngdən əziyyət çəkən Lerçek başını keçəl qırxdı

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lerçek kimi tanınan rusiyalı bloger Valeriya Çekalina saçlarını tamamilə qırxıb.

Axşam.az xəbər verir ki, bu yaxınlarda mədə xərçənginin dördüncü mərhələsi diaqnozu qoyulan bloger hazırda kimyaterapiya müalicəsi alır. Müalicə zamanı saçları tökülməyə başlayan Çekalina başını keçəl etmək qərarına gəlib.

Qeyd edək ki, martın 13-də Valeriya Çekalina kimyaterapiya kursuna başlamaq üçün xəstəxanaya yerləşdirilib. Lerçekdə əlavə olaraq beyin şişi də aşkarlanıb. Şiş xoşxassəlidir, lakin toxumalara təzyiq göstərdiyi üçün davamlı baş ağrılarına səbəb olur. Son məlumata görə, Lerçek ev dustaqlığından azad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
axsam.az

1Mənbələr