AZ

Əbülfəz Məmmədov beynəlxalq turnirdə qızıl medal qazandı

Gürcüstanda yaşayan azərbaycanlı gənc idmançı Əbülfəz Məmmədov beynəlxalq turnirdə qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, Rustavi şəhərindən olan 17 yaşlı idmançı Şimali Makedoniyada keçirilən "Skopje Open Raumus 2026" taekvondo turnirində uğurlu çıxışı ilə yadda qalıb.

Bildirilib ki, Əbülfəz Məmmədov yarış zamanı güclü rəqiblərini məğlub edib.

O, 48 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub.

Seçilən
26
fanat.az

1Mənbələr