AZ

ABŞ İran müharibəsi Ukraynanı çökdürdü: Müharibəyə görə...

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Yaxın Şərqdəki münaqişə Ukraynanın kənd təsərrüfatı sektoruna mənfi təsir göstərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ və İsrail İrana zərbələr endirməyə başladıqdan sonra yanacağın qiyməti təxminən ikiqat artıb və bu da enerji təchizatında fasilələrə səbəb olub.

Bunun nəticəsində ən çox zərər çəkən ukraynalı fermerlər yanacaq və gübrə idxal etməyə məcbur olsalar da, xərclərini ödəyə bilməyiblər.

Nəşr qeyd edir ki, Yaxın Şərq münaqişəsi tezliklə həll olunmazsa, Ukrayna fermerlərinin istehsal xərcləri 60 faizə qədər arta bilər. Bu, həmçinin Ukraynanın ixrac potensialını əhəmiyyətli dərəcədə azaldacaq.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
globalinfo.az

1Mənbələr