Türkiyə Super Liqasında XXIX tura start verilib.
Apasport.az xəbər verir ki, açılış günündə "Beşiktaş" meydana çıxıb.
Komanda "Antalyaspor"u qəbul edib. Hesab erkən açılıb. Orkun Kökçü fərqlənib. Çox keçmədən Jota Silva adını tabloya yazdırıb. Sander van de Strik fərqi minimuma endirsə də, Hyoun-Ci Oh komandasının 3-cü qolunu vurub.
İkinci yarının startında Samuel Balle fərqi yenidən minimuma endirib. Lakin cənubi koreyalı dubl müəllifi olaraq komandasına qələbə qazandırıb - 4:2.
Qeyd edək ki, xallarının sayını 55-ə çatdıran "qara qartal" 4-cü pillədə yerini möhkəmləndirib.
“İnter” “Roma”ya ”Divan tutdu”
“Beşiktaş”dan hakimlərə: ƏMƏK OĞRULARI
“Fənərbaxça”dan həyati qələbə: 101-ci dəqiqədə
“Vest Hem” kubokla vidalaşdı
Debri öncəsi gərginlik: SAXLANILANLAR VAR