AZ

İranın neft gəlirlərində rekord artım

İranın neft ixracının həcmində kəskin artım müşahidə olunur.

Musavat.com xəbər verir ki, bu barədə "CNN" agentliyi məlumat yayıb.

Agentliyin hesabatına görə, müharibədən əvvəlki dövrlə müqayisədə İranın gündəlik neft ixracı təxminən 1 milyon bareldən 1,7 milyon barelə qədər yüksəlib. Kəmiyyət artımı ilə yanaşı, gəlirlərdə də ciddi sıçrayış baş verib.

Belə ki, əvvəllər neftin bir barelini 40-45 dollara satan rəsmi Tehran, hazırda ixrac etdiyi xam neftin hər bareli üçün 100 dollardan yuxarı qiymət əldə edir. Bu göstəricilər İranın qlobal enerji bazarındakı gəlirlərini iki dəfədən çox artırdığını sübut edir.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr