AZ

Bakı və Abşeronda yığılan yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video 

Bakı və Abşeron ərazisində toplanan yağış sularının kənarlaşdırılması işləri davam etdirilir...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında qeyd olunub.

Məlumata görə, qurumun tabeli strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Digah, Buzovna, Sabunçu, Şüvəlan, Məmmədli və Novxanı ərazilərində nasoslar vasitəsilə suyun təxliyəsi həyata keçirilir, bəzi yerlərdə isə əlavə boru xətləri çəkilib.

Qeyd olunur ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə işlər fasiləsiz aparılır və normadan artıq yağıntı nəticəsində yığılan suların operativ şəkildə kənarlaşdırılması təmin edilir.

Poliqon.info

Seçilən
21
1
poliqon.info

2Mənbələr