AZ

Baş nazirin xanımı məhkəməyə verildi: Bufetçidən Sara Netanyahuya qarşı SENSASİON İDDİA

İsrail mətbuatının yaydığı məlumatlara görə, Baş nazirin dəftərxanasının bufetində çalışan 49 yaşlı qadın əmək mübahisələri üzrə Qüds məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Musavat.com xəbər verir ki, şikayətçi Baş nazirin xanımı Sara Netanyahunu onu təhqir etməkdə və qanunsuz şəkildə işdən çıxarmaqda ittiham edir.

İddiaçının sözlərinə görə, Sara Netanyahu onu alçaldıb.

Hadisələrdən birində Baş nazirin xanımının qəzəblənərək məhz Binyamin Netanyahunun gözü qarşısında qabda olan pomidor və zeytunları işçinin üstünə atdığı iddia edilir.

Zərərçəkmiş qeyd edib ki, bu hadisədən bir müddət sonra onun Baş nazirin kabinetinə girişi qadağan edilib, daha sonra isə o, tamamilə işdən kənarlaşdırılıb.

Baş nazirin dəftərxanası və Sara Netanyahunun ətrafı isə bütün ittihamları rədd edib. Onlar bu iddiaları "tamamilə yalan" adlandıraraq, şikayətçi qadının əslində Baş nazirin xanımı ilə heç vaxt birbaşa təmasda olmadığını bildiriblər.

Musavat.com

Seçilən
4
1
musavat.com

2Mənbələr