AZ

Türkiyədən Afrikaya yeni enerji həmləsi: Ankaranın xaricdə ilk dərin dəniz qazması

Türkiyə enerji sahəsində xarici ekspansiyasını genişləndirir və Afrikada yeni mərhələyə keçir.

Musavat.com xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Somalidə həyata keçiriləcək dərin dəniz qazma layihəsinin detallarını açıqlayıb.

Nazirin sözlərinə görə, Somali sahillərindən 372 kilometr uzaqlıqda yerləşən ərazidə, 3 500 metr dərinlikdə 4 000 metrə qədər qazma işləri aparılacaq. Layihə çərçivəsində əsas məqsəd neft və təbii qaz ehtiyatlarının aşkarlanmasıdır.

Bayraktar bildirib ki, qazma işlərinin 6 ay ərzində tamamlanması planlaşdırılır. Bu prosesdə “Çağrı Bəy” qazma gəmisi iştirak edəcək və Türkiyənin xaricdə həyata keçirəcəyi ilk dərin dəniz qazması məhz Somalidə baş tutacaq.

Nazir vurğulayıb ki, bu addım Türkiyənin enerji müstəqilliyinin gücləndirilməsi və beynəlxalq enerji bazarında mövqeyinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Somali ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə Türkiyənin neft-qaz axtarışlarında yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr