AZ

Milli komandada yeni təyinat

Anqola yığmasının yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Aliu Sisse təyin olunub. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. Liviya yığmasından yenicə ayrılan 50 yaşlı mütəxəssis ilə 4 illik müqavilə imzalanıb.

Təcrübəli mütəxəssis Liviya və Seneqal yığmalarındakı fəaliyyəti ilə tanınır. O, Seneqal ilə 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub, iki il əvvəl isə eyni turnirin gümüş medallarını qazanıb.

Seçilən
14
1
football-plus.az

4Mənbələr