“Arsenal” baş məşqçisi Mikel Arteta ilə yeni müqavilə üzrə ilkin danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, müqaviləsinin bitməsinə 1 il qalan ispaniyalı mütəxəssisin işi klub rəhbərliyini qane edir. Tərəflər mövsümün sonuna qədər danışıqları dayandıraraq diqqəti nəticələrə yönəltmək barədə razılığa gəliblər.
Qeyd olunur ki, mövsümün yekunu Artetanın gələcəyinə təsir etməyəcək – həm klub, həm də məşqçi əməkdaşlığı davam etdirmək niyyətindədir.