AZ

Azərbaycan atıcıları Misirdə keçiriləcək Dünya Kuboku yarışında iştirak edəcəklər

Qahirə, 11 aprel, AZƏRTAC

Aprelin 19-dan 27-dək Misirin paytaxtı Qahirə şəhərində gənclər arasında güllə atıcılığı üzrə dünya çempionatı keçiriləcək.

AZƏRTAC Beynəlxalq Atıcılıq Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda dünyanın müxtəlif qitələrini təmsil edən 25-ə yaxın ölkədən 255-dən çox idmançının iştirakı gözlənilir. Bu mötəbər idman yarışında Azərbaycan da təmsil olunacaq.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
6
1
azertag.az

3Mənbələr