“ChatGPT” çatbotunun yaradıcısı və “OpenAI” şirkətinin baş direktoru Sem Altmanın San-Fransiskodakı evinə hücum edilib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs onun mənzilinə “Molotov kokteyli” atıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Hadisəni törədən şəxs artıq saxlanılıb.
“OpenAI” rəhbərliyi San-Fransisko polisinə hadisəyə çevik müdaxilə etdiyi üçün minnətdarlığını bildirib.