Bakı, 11 aprel, AZƏRTAC
İspaniya La Liqasının 31-ci turunda “Real Madrid” və “Jirona” komandaları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, Madrid şəhərində yerləşən “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə bitib.
31 turdan sonra “Real Madrid” 70 xalla turnir cədvəlində ikinci, 38 xala malik “Jirona” isə 12-ci pillədə qərarlaşıb.