AZ

Həmin ərazidə sürüşmə daha da genişləndi: “Ərzaq qıtlığıdır”

Aramsız yağışlar səbəbindən sürüşməyə məruz qalan Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da genişlənib.

Publika.az xəbər verir ki, artıq sürüşmə sahəsinin eni 4-5 kilometrə çatıb.

Sakinlər rayon mərkəzinə getmək üçün sürüşmə sahəsinə qədər avtomobillə gəlir, daha sonra yolu piyada davam etdirməyə məcbur qalırlar.

Qonaqkənd sakinləri mağazalarda ərzaq qıtlığının yaranacağından narahatdırlar.

“Hazırda mağazalarımızda bir qram un yoxdur, qıtlıqdır, ərzaq yoxdur. Yola görə belədir. Yaxşı olar ki, bir çarə qılsınlar”, - deyə sakin qeyd edib.

Seçilən
9
3
publika.az

5Mənbələr