Yaponiyada olduqca qeyri-adi və mübahisəli bir məhsul satışa çıxarılıb.
Musavat.com xəbər verir ki, bu dəfə söhbət adi qələmdən yox, içərisində canlı parazit yerləşdirilmiş xüsusi “suvenir”dən gedir.
Məhsulun müəllifi balıq istehsalı ilə məşğul olan Tada Takuhiro adlı sahibkardır.
Məlumata görə, qələmlərin daxilinə yerləşdirilən qurdlar Anisakis növünə aiddir. Bu parazitlər birbaşa təzə balıqdan çıxarılır və xüsusi məhlulun içində qələm korpusuna yerləşdirilir.
Satıcı bu qeyri-adi məhsulu təxminən 3,5 dollar qiymətinə təqdim edir. Lakin qələmləri onlayn almaq mümkün deyil – onları yalnız Yaponiyanın Kochi Prefecture əyalətində yerində əldə etmək olar.
Müəllif bildirir ki, məqsəd sadəcə satış deyil, həm də insanların xüsusi olaraq bu bölgəyə səfər etməsinə maraq yaratmaqdır.
Qeyd edək ki, Anisakis parazitləri adətən çiy və ya az bişmiş balıq vasitəsilə insan orqanizminə keçə bildiyi üçün potensial təhlükəli hesab olunur
Musavat.com