Bakı. Trend:
ABŞ Meksika ilə sərhəddə pilotsuz uçuş aparatlarına qarşı lazersistemləri yerləşdirməyi planlaşdırır.
Trend xəbər verir ki, bubarədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FMAİ) və Pentaqonbirgə açıqlama yayıb.
Məlumata əsasən, tərəflər hökumətə cənub sərhədində PUA-larlamübarizə məqsədilə yüksək enerjili lazer texnologiyasından istifadəimkanı verən razılaşma imzalayıblar.
Bildirilir ki, bundan əvvəl FMAİ Nyu-Meksiko ştatında busistemin sınaqlarını həyata keçirib. Yekun nəticələr göstərib ki,tətbiq ediləcək təhlükəsizlik tədbirləri müəyyən olunmuş tələblərəcavab verir və mülki aviasiya üçün ciddi risk yaratmır.
Sınaqlar zamanı Pentaqon və ABŞ-nin Daxili TəhlükəsizlikNazirliyi tərəfindən istifadə olunan lazer sistemi tətbiqedilib.