Ankaranın Sincan rayonunda yerləşən tibbi ləvazimatlar fabrikində yanğın baş verib.
“İki sahil” DHA-ya istinadla xəbər verir ki, zavodda olan 35 nəfər təxliyə edilib. Yanğınsöndürmə qruplarının təxminən 3 saatlıq müdaxiləsindən sonra yanğın nəzarət altına alınıb və soyutma işləri davam edir.
Yanğının səbəbi ilə bağlı araşdırma başlanıb.
Ankaranın Sincan rayonundakı tibbi ləvazimatlar fabrikində baş verən yanğın yanğınsöndürmə qruplarının təxminən 5 saatlıq əməyinən sonra nəzarət altına alınıb və söndürülüb.
Yanğında ölən və ya yaralanan olmayıb, lakin alov içində qalan fabrik istifadəyə yararsız hala düşüb. Qruplar tərəfindən soyutma əməliyyatları davam edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”