AZ

"Qarabağ"ın braziliyalı legionerinin taleyinə aydınlıq gəlir - SON DURUM

"Qarabağ"ın heyətində parlaq çıxışla yadda qalan braziliyalı cinah müdafiəçisi Mateus Silvanın yeni mövsümə harada başlayacağı yerli futbolsevərləri maraqlandırmaya bilməz.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, adı ölkəsinin "Flamenqo", Portuqaliyanın "Braqa" və Səudiyyə Ərəbistanı klubları ilə yanaşı çəkilən oyunçuya görə indiyədək Ağdam təmsilçisinə rəsmi təklif göndərilməyib.

Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanov 28 yaşlı oyunçunun heyətdə saxlanılmasını vacib sayır. "Köhlənlər"lə indiki anlaşmasının müddəti 2027-ci ilin yayında başa çatacaq cənubi amerikalıya yeni müqavilə təklif edilməsi də gündəmdədir. Hazırda Silva ilə "Qarabağ" arasında bu yöndə danışıqlar gedir.

Cari mövsüm bütün turnirlərdə 36 matça çıxan Mateus 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 1 milyon avro ilə dəyərləndirir.

Toğrul

Seçilən
2
1
fanat.az

2Mənbələr