AZ

Tramp İrana qəzəbləndi - Yeni müharibə hazırlığı başladı

BAKI, 11 aprel. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens aprelin 10-da İranla danışıqlar üçün Pakistana səfər edib. Gözlənilən görüş tarixi olsa da (1979-cu ildən bəri iki ölkə arasında ən yüksək səviyyəli birbaşa təmasdır – red.), tərəflərin baxışları kökündən fərqli olduğundan uğur şansları az görünür.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” yazıb.

“Hələ də müzakirə edəcəyimiz mövzularla bağlı razılığa gələ bilməmişik”, - ABŞ rəsmisi portala deyib.

Ölkələr danışıqlardan əvvəl bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Artıq nümayəndə heyətlərinin İslamabadda olmasına baxmayaraq, iranlılar görüşə gəlməməklə hədələyiblər. Vens də təyyarədə olarkən Prezident Donald Trampın tabe olmayacaqları halda İran liderlərini öldürməklə hədələdiyini bildirib.

İran da durmadan on şərti yerinə yetirilməyəcəyi təqdirdə danışıqları boykot etməklə təhdid edir.

Parlament sədri Məhəmməd Baqir Qalibaf görüşdən əvvəl X-də yazıb: “Tərəflərin qarşılıqlı razılaşdırdığı iki tədbir hələ də həyata keçirilməyib: Livanda atəşkəs və danışıqlar başlamazdan əvvəl İran aktivlərinin blokdan çıxarılması. Bu iki məsələ danışıqlar başlamazdan əvvəl həyata keçirilməli idi”.

Buna cavab olaraq Tramp öz paylaşımını dərc edərək İranın kozırlarının olmadığını bəyan edib.

ABŞ rəsmisi “Axios”a söyləyib: “Tramp nəzəri olaraq razılaşma istəyir, amma amma digər yandan müharibəni bərpa etməyə hazırlaşır. İranlıların davranışı onu qəzəbləndirib. Deyəsən, onu çətin vəziyyətə salırlar”.

Ehtimal edilir ki, razılaşmanın əldə olunması həftələr-aylar çəkə bilər və iki həftəlik atəşkəsin uzadılmasını tələb edəcək. Amma nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, Vens konkret nəticə ilə geri qayıtmasa, bu, baş verməyəcək.

Seçilən
34
teleqraf.com

1Mənbələr