“Qarabağ”ın futbolçusu Abdullah Zubirin bu yay komandasını dəyişəcəyi gözlənilir.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu Qətərin “Al-Şahaniya” klubu ilə anlaşıb.
Hazırda əsas məsələ futbolçunun transferinin detallarıdır. Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Mərakeş əsilli fransalı “Qarabağ”ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.