AZ

Epşteyn qalmaqalı: Melaniya Tramp susqunluğunu pozdu

BAKI, 11 aprel. TELEQRAF

ABŞ-nin Birinci xanımı Melaniya Tramp çıxış edərək cinsi cinayətlərdə ittiham olunan maliyyəçi Ceffri Epşteynlə iddia olunan əlaqələri barədə danışmaq qərarına gəlib. Bu isə onun həyat yoldaşı, ABŞ Prezidenti Donald Trampın seçdiyi strategiyaya tam ziddir.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Neue Zürcher Zeitung” (NZZ) nəşri məlumat yayıb.

“Melaniya Trampın bu məsələ ilə əlaqədar ortaya çıxması gözlənilməz oldu. Birinci xanımın bu təşəbbüsü qəribə görünür, çünki bu, onun həyat yoldaşının Epşteyn qalmaqalı ilə bağlı əvvəlki strategiyasına uyğun gəlmir”, - məqalədə qeyd olunub.

Nəşrin yazdığına görə, Melaniyanın indiyədək niyə demək olar ki, unudulmuş bu qalmaqala yenidən diqqət çəkmək qərarına gəlməsi aydın deyil. Xüsusilə də onun ictimai çıxışlar və media ilə ünsiyyətə qarşı ənənəvi ehtiyatlı və uzaqdurma mövqeyi nəzərə alınanda. Bu, birinci xanımla prezident arasında mümkün fikir ayrılıqları barədə söz-söhbətləri daha da gücləndirib.

Xatırladaq ki, Melaniya Tramp məlum çıxışında Ceffri Epşteynlə iddia edilən əlaqələrini təkzib edib.

Seçilən
20
22
teleqraf.com

10Mənbələr