AZ

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

Parkinson xəstəliyi yalnız titrəmə ilə deyil, daha erkən və gizli simptomlarla da özünü göstərə bilər.

Milli.Az xəbər verir ki, bu barədə İrem Fatma Uludağ xəbərdarlıq edib.

Nevroloq bildirib ki, qoxu itkisi, yuxu pozğunluğu, qəbizlik və xırda əl yazısı kimi əlamətlər xəstəliyin erkən siqnalları ola bilər, lakin çox vaxt diqqətdən kənarda qalır.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda xəstəlik qeyri-adi şəkildə də üzə çıxır. Həmçinin, sadə qol ağrısı da yanlış diaqnoz qoyularaq gecikmiş şəkildə Parkinson kimi müəyyən edilə bilər.

Hər il 11 apreldə qeyd olunan Ümumdünya Parkinson Günü münasibətilə həkimlər erkən diaqnozun vacibliyini bir daha vurğulayıb.

Mütəxəssislər bildirir ki, düzgün müalicə, fiziki aktivlik və ailə dəstəyi ilə Parkinson xəstələri uzun müddət aktiv və müstəqil həyat sürə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
5
olaylar.az

6Mənbələr