Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiyanın BMT Təhlükəsizlik Şurasında İranla bağlı atacağı addımlar Pakistan vasitəçiliyi ilə keçirilən ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimov bildirib.
O qeyd edib ki, hazırda əsas ümidlər Pakistanın vasitəçiliyi ilə davam edən danışıqlara bağlanıb və Moskva onların nəticə verəcəyini gözləyir.
Alimov vurğulayıb ki, Rusiya və Çin tərəfindən birgə təqdim olunmuş qətnamə layihəsi hazırda BMT Təhlükəsizlik Şurasında müzakirə olunur və bu, Moskvanın indiyədək irəli sürdüyü əsas təşəbbüsdür.
Onun sözlərinə görə, növbəti addımlar vəziyyətin inkişafından və əldə olunacaq mümkün razılaşmalardan asılı olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.