Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Oğuz, 11 aprel, AZƏRTAC
Oğuz rayonunda hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanların qanla təminatına dəstək məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Aksiya Respublika Qan Bankının Şəki rayon bölməsi və Oğuz Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Toplanan qan ehtiyatı irsi qan, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanların, xüsusilə uşaqların müalicəsində istifadə olunmaq məqsədilə Respublika Qan Bankına təhvil verilib.
Müxbir - Rasim İslamoğlu





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.