AZ

Bütün həmkarlarını arxada qoydu

İtaliya A seriyasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ötən ayın ən yaxşı məşqçisi adına “Komo”nu çalışdıran Fransesk Fabreqas layiq görülüb. Onun komandası mart ayında “Leççe”ni 3:1, “Kalyari”ni 2:1, “Roma”nı 2:1 və “Piza”nı 5:0 hesabıyla məğlub edib.

Mükafat ispaniyalı mütəxəssisə aprelin 12-sində “İnter”lə keçiriləcək matçdan əvvəl təqdim olunacaq. Qeyd edək ki, “Komo” hazırda A seriyasında 57 xalla 4-cü yeri tutur.

Seçilən
14
football-plus.az

1Mənbələr