AZ

Pakistan konstruktiv yanaşmanı ABŞ-İran danışıqlarının mühüm hissəsi adlandırıb

Pakistanın ABŞ-dəki səfiri Rizvan Səid Şeyx ABŞ və İran arasında danışıqlara konstruktiv yanaşmanın birinci dərəcəli əhəmiyyət daşıyan vəzifə olduğunu bəyan edib.

"Report"un məlumatına görə, o bu barədə ABŞ KİV-inə müsahibəsində bildirib.

"Hesab edirəm ki, ən vacib məqam hər iki tərəfin konstruktiv əhvali-ruhiyyəsidir. Əgər bu danışıqların zəruriliyinə və mümkünlüyünə əmin olmasaydılar, onlara razılıq verməzdilər", - səfir aprelin 11-də İslamabadda planlaşdırılan ABŞ və İran arasında danışıqları şərh edərkən deyib.

"Cebheinfo.az"

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr